Cəmiyyət

“Jurnalistlər binası”ındakı mənzillər şəhid ailələri və qazilərə veriləcək – Rəsmi

“Bakıda daha 255 mənzilin şəhid ailələri və qazilərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması üçün istifadələrinə verilməsi nəzərdə tutulur”.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Fazil Talıbovun yaydığı məlumatda deyilir.

O bildirib ki, Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Yeni Salyan yolu, 20 ünvanında yerləşən 255 mənzilli binadakı mənzillərin ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın ailələri və həmin döyüşlərdə yaralanaraq əlilliyi müəyyən olunmuş igid Vətən övladlarının mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması üçün istifadə edilməsi nəzərdə tutulub.

Qeyd edək ki, sözügedən bina jurnalistlərin məişət şəraitinin yaxşılaşdırılması nəzərdə tutuluraq tikilib.

Bənzər yazılar

Back to top button