GündəmİqtisadiyyatManşet

İş adamı: Hökumət imkan versə, bir kisəsi 35 manata əla növ unu Azərbaycana gətirmək olar

İş adamı Nazim Bəydəmirli Azərbaycana bir kisəsi 35 manata keyfiyyətli un idxal etmək mümkün olduğunu bildirib.

AzToday.az xəbər verir ki, iş adamı artıq ölkəyə istehsal etdikləri undan gətitildiyini deyib.

İş adamının sözlərini olduğu kimi təqdim edirik:

“Nəhayət ki, Gömrükdə “kütləvi kadr islahatlarından” ümidlənərək, yerli ticarət şirkətlərindən biri bizim marka ilə əla növ unu Azərbaycana idxal edib Biləcəridəki çörəkbişirmə sexlərindən birinə təhvil verdi…bilmirəm hansı mağazalarda, ancaq sabah Biləcərinin bəzi dükanlarında keyfiyyətli undan bişirilmiş çörək satılacaq…

İstehsalçı da, topdan alıcı da, çörəkbişirən də əməli saleh, halal biznes adamlarıdırlar, monopolistlərə aidiyyatımız yoxdur… Gələn həftə bütün xərcləri, ödənişləri də açıqlayacam, ona görə ki, hökumət imkan versə bir kisəsi 35 manata keyfiyyətli un hər kəs idxal edə bilər…

Real sahibkarlığa eşq olsun, monopoliyaya lənət olsun!”

Qeyd edək ki, hazırda unun bir kisəsi pərakəndə satışda 46-47 manatdır.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button