GündəmHadisəManşet

BANDOTDEL Milli Parkın direktorunu saxladı – “Ecofront” məlumat yaydı

Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Hirkan Milli Parkında əməliyyat keçirib.

AzToday.az xəbər verir ki, bu barədə “Ecofront” məlumat yayıb.

Məlumatda deyilir ki, “BANDOTDEL” milli parkın direktoru Aqil Şucayevi, müavinini, parkın bir neçə əməkdaşını və vətəndaşları Hirkan meşələrində meşə materialı və satışı təşkil etdikləri üçün saxlayıb.

“… Hirkan Milli Parkı yetərincə yaxşı qorunan bir park idi. Orda milli park mühafizə ənənəsi var idi. Yerli sakinlər də milli parkın sərhədlərini toxunulmaz bilirdi, meşədən qırırdılar. Bu Aqil Sucayev direktor təyin olunandan sonra milli parkda mütəşəkkil dəstə yaradaraq meşə materialı satışı ilə məşğul imiş. Bütün şikayətlər isə adekvat reaksiyasız qalırmış…”.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button