Siyasət

Avropa İttifaqı missiyası Anım Günü ilə əlaqədar başsağlığı verib

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi 2020-ci il müharibəsində həlak olanların xatirəsinin anım günündə münaqişə zamanı həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir. Bu barədə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi Facebook-da bildirib.

Avropa İttifaqı Azərbaycan və Ermənistanla davamlı sülh naminə yaxından işləmək niyyətindədir, barışığa və düşmənçilik səhifəsini çevirməyə yönələn səyləri dəstəkləyir.

“Azərbaycan xalqına və regiona sülh və firavanlıq arzulayırıq”, – məlumatda qeyd olunur.(Turan)

Bənzər yazılar

Back to top button