Dünya

Rusların müharibədən qaçışı davam edir (VİDEO)

Gürcüstanla sərhədə, “Verxniy Lars” buraxılış məntəqəsinə üzərində “Hərbi Komissarlıq” yazılan avtomobil gəlib. Rusiya KİV-lərinin məlumatına görə, burada çağırış yaşındakı şəxslərə çağırış vərəqələri təqdim edilir.

Şahidlər bildirirlər ki, çoxkilometrlik növbədə humanitar fəlakət başlayır: insanların suyu və yeməyi qurtarır, tualetə gedəcək yer yoxdur, bir çox qaçqınlar mənəvi və fiziki cəhətdən tükənib.

Bu arada, Şimali Osetiya hakimiyyəti digər regionlardan öz ərazisinə avtomobillərin girişini dayandırıb. Buna görə qaçqınlar maşınları ucuz qiymətə satır və ya sadəcə olaraq tərk edir, yollarına velosipedlə, yaxud piyada davam edirlər.

Yerli taksi sürücüləri qaçqınları sərhədə qədər həddindən artıq şişirdilmiş qiymətə – adambaşı 100-150 min rubla (1,5-2 min dollar) aparır.

Qeyri-rəsmi məlumatlara görə, son günlər Rusiyanı 300 minə yaxın insan, əsasən də kişilər tərk edib.

Qaçış Qazaxıstan vasitəsilə də davam edir.(Turan)

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button