Dünya

ABŞ Avropanın enerji təhlükəsizliyini dəstəkləməyə hazırdır

Çərşənbə günü Vaşinqton bildirib ki, “Şimal axını” qaz kəmərinin partladılmasından sonra Avropanın enerji təhlükəsizliyini və enerji dayanıqlığını dəstəkləməyə “hazırdır”, -Turan-ın Vaşinqton müxbiri bildirib.

Dövlət katibi Entoni Blinken bu məsələ ilə bağlı avropalı həmkarları ilə danışıqlara başlayıb.

Turan-ın müxbirinin “ABŞ Norveç, Azərbaycan kimi ölkələrdə boru kəmərlərinin təhlükəsizliyini təmin etməyə hazırdırmı?” sualına Dövlət Departamentinin nümayəndəsi Ned Prays cavab verib ki, ABŞ Avropanın enerji təhlükəsizliyini dəstəkləməyə “hazırdır”.

“Biz hələ fevralın 24-dən öncə bu məsələyə dərindən cəlb olunmuşduq, çünki ABŞ və müttəfiqləri indi baş verənləri – Rusiyanın enerjidən silah kimi istifadə etmək cəhdlərini qabaqcadan görürdülər.

Biz avropalı tərəfdaşlarımız və müttəfiqlərimizlə mayeləşdirilmiş təbii qaz tədarükünün artırılması üzərində işləmişik. Yaponiya kimi ölkələr Avropaya maye qaz tədarükünü artırmaqda bizə kömək etmək iqtidarındadır”, – o deyib.

ABŞ-da neft hasilatı gündə 500 000 bareldən çox, Avropaya maye qaz ixracı isə 20 faizdən çox artıb, – Prays qeyd edib.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button