İdman

“Pely-off-a qrup birincisi kimi çıxmaq istəyirik” – Şahruddin

“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda “Olimpiakos”a qalib gəldikləri matç (3:0) barədə danışıb.

Qol.az xəbər verir ki, 28 yaşlı qolkiper jurnalistlərə açıqlamasında deyib: “Olimpiakos” çox yaxşı komandadır. Çox çətin oyun oldu. Buna baxmayaraq, səfərdə inamlı qələbə qazandıq”.

Qapıçı “Olimpiakos”la oyunda etdiyi seyvlər haqda söyləyib: “Meydanda hərənin öz işi var. Seyv etmək də mənim işimdir. Qapıda dayanıramsa, topları götürməliyəm. “Viktoriya” ilə matçdan sonra tənqid edildim. Mənim üçün çətin idi. Milli komandaya, “Qarabağ”a kömək etmək üçün çox çalışıram”.

Şahruddin Yunanıstan təmsilçisinə qarşı Bakıda keçirəcəkləri 4-cü tur oyunu haqda da fikirlərini bölüşb: “Qarşıda bizi “Olimpiakos”la ikinci oyun gözləyir. Bu qarşılaşma daha vacibdir. Bizə mütləq 3 xal lazımdır. Əsas hədəfimiz Avropa Liqası ilə bağlıdır. Pley-offa qrup birincisi kimi çıxmaq istəyirik”.

Qeyd edək ki, oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Olimpiakos” matçı saat 20:45-də başlayacaq.

Bənzər yazılar

Back to top button