Siyasət

Bakıda MDB ölkələri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclası keçiriləcək

Oktyabrın 12-də Bakıda Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclası keçiriləcək, Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.

İclasda Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini və Tacikistanın Rusiyakı hərbi attaşesi iştirak edəcəklər.

İclasa Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Kərim Vəliyev sədrlik edəcək.

Bənzər yazılar

Back to top button