Siyasət

Sülh sazişində Qarabağ haqqında qeyd olmamalıdır – Alen Simonyan

Ermənistan və Azərbaycan arasında gələcək sülh sazişində Qarabağın Azərbaycanın tərkibində olmayacağı haqqında qeyd olmamalıdır. Bu fikri cümə günü Ermənistan parlamentinin spikeri Alen Simonyan Qarabağın nümayəndə heyəti ilə görüşdən sonra jurnalistlərə bildirib.

O, bu zərurəti “Ermənistanın Azərbaycana qarşı heç vaxt belə ərazi iddialarının olmaması və ərazilər haqqında qeydin yalnız bağlanması ehtimalı olan müqaviləni çətinləşdirəcək və bəlkə də qeyri-mümkün edəcək. Mənim şəxsi fikrim budur ki, bunu etmək lazım deyil”, deyə Simonyan bildirib.

O, Qarabağa nə olacağı barədə suala cavabda deyib ki, Yerevan Qarabağa “bütün müzakirələrdə müstəqil şəkildə iştirak etməyi” təklif edir.

Onun sözlərinə görə, “Azərbaycan Qarabağ hakimiyyəti ilə daim birbaşa əlaqələr saxlayır. Hətta Qarabağ hakimiyyətinin bizdən daha çox məlumatlı olduğu hallar var”, deyə Simonyan bildirib. (Turan)

Bənzər yazılar

Back to top button