Siyasət

ABŞ Azərbaycan və Ermənistan arasında uzunmüddətli sülhə “ümid edir”

ABŞ ümid edir ki, Ermənistan-Azərbaycan sərhədində Aİ missiyasının yerləşdirilməsi Azərbaycan və Ermənistan arasında uzunmüddətli sülhə şərait yaradacaq, bu fikri çərşənbə günü Dövlət Departamentinin nümayəndəsi bildirib.

Çərşənbə günü brifinqdə Turan-ın müxbirinin Aİ missiyasının göndərilməsinin regionda uzunmüddətli sülhün bərqərar olmasına kömək edib-etməyəcəyi barədə sualına cavabda Dövlət Departamentinin nümayəndəsinin müavini Vedant Patel belə deyib: “Biz buna ümid edirik. Dövlət katibi Entoni Blinken, səfir Filip Riker və bu binada işləyən digər şəxslər də buna çağırır”.

“Mən hadisələri qabaqlamaq istəmirəm, amma, əlbəttə ki, burada bizim yekun məqsədimiz Ermənistan və Azərbaycan arasında münasibətlərin dinc şəkildə həllidir”, deyə o sözünə davam edib.

Aİ bazar ertəsi bildirib ki, sərhədin delimitasiyası haqqında razılıq əldə etməyə çalışan qonşu ölkələr arasında etimadı artırmaq üçün Ermənistan-Azərbaycan sərhədinə 40 müşahidəçidən ibarət missiya göndərib. Aİ-nin iştirakı maksimum iki ay davam edəcək.

Bənzər yazılar

Back to top button