Dünya

Rusiyada bir həftə ərzində ikinci Su-30 qırıcısı yaşayış binasının üzərinə düşüb

Bazar günü, oktyabrın 23-də SU-30 qırıcı təyyarə Rusiyanın İrkutsk şəhərində yaşayış binalarının üzərinə düşüb. İlkin məlumata görə, təyyarənin iki pilotu həlak olub. Qəza yerində bir neçə ev dağılıb, yanğın başlayıb, qurbanların dəqiq sayı hələlik məlum deyil.

Xatırladaq ki, oktyabrın 17-də yenədə SU-30 qırıcı Krasnodar diyarının Yeysk şəhərində 9 mərtəbəli yaşayış binasına çırpılmışdı. Orda 15 mülki şəxs həlak olmuşdu.

Bənzər yazılar

Back to top button