Dünya

İranlı təlimatçılar Rusiyaya dronlarla kömək üçün Belarusa səfər ediblər

İranlı təlimatçılar Ukraynadakı infrastruktur obyektlərində “Şahed-136” kamikadze pilotsuz təyyarələrin buraxılışını koordinasiya işində Rusiyaya kömək etmək üçün Belarusa yola düşüblər.

“Report” bu barədə Ukrayna mətbuatına istinadən xəbər verir.

Qeyd olunur ki, Qomel vilayətinin Mikuliçi kəndində İslam İnqilabı Keşikçiləri Korpusunun zabitləri görünüb.

Məlumata görə, onlar Ukraynanın şimal və qərb vilayətlərində, eləcə də Kiyev vilayətində yerləşən infrastruktur obyektlərində pilotsuz təyyarələrin buraxılmasını həyata keçirəcək.

Bənzər yazılar

Back to top button