GündəmSiyasət

Noyabrda Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyaların iclası keçiriləcək

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə dövlət komissiyalarının üçüncü iclası noyabrın əvvəllərində Brüsseldə keçiriləcək. Bu barədə bazar ertməsi Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın mətbuat xidməti məlumat yayıb.

Komissiyalara Ermənistan və Azərbaycanın baş nazir müavinləri Mqer Qriqoryan və Şahin Mustafayev rəhbərlik edir. Komissiyaların ilk iclası mayın 24-də iki ölkə sərhədində, ikinci iclası isə avqustun 30-da Moskvada keçirilib.

Xatırladaq ki, bu iclasın keçirilməsi haqqında qərar oktyabrın 6-da Praqada Azərbaycan və Ermənistan liderlərinin Fransa və Avropa Şurası prezidentlərinin iştirakı ilə keçirilən görüşündə razılaşdırılıb. Bu görüşün yekunlarına dair bəyanata görə, komissiyaların iclası məhz Brüsseldə keçirilməli idi. (Turan)

Bənzər yazılar

Back to top button