İqtisadiyyat

“Rabitəbank”da 130 milyon manatlıq kiçilmə

“Rabitəbank” ASC 2022-ci ilin üçüncü rübü üzrə maliyyə hesabatını açıqlayıb.

“Ölkə.Az”ın məlumatına görə, cari ilin sentyabrın 30-na bankın cəmi aktivləri 892,157 mln manat təşkil edib. Bu isə 2022-ci ilin əvvəli ilə müqayisədə 126 mln manat və ya 12% azdır.

Bank tərəfindən müştərilərə verilmiş kreditlərin həcmi isə ilin əvvəlindən 26% artaraq 440,613 mln manat təşkil edib.

“Rabitəbank”da müştərilər tərəfindən yerləşdirilən depozitlərin ciddi həcmində azalma olub

Bankın ötən ilin yekununda 724,682 mln manat olan depozit portfeli 9 ay ərzində 171,5 mln manat və ya 23,7% azalaraq cari ilin 30 sentyabr tarixinə 553,235 mln manata düşüb. Mərkəzi Bank qarşısında öhdəlikləri 3,402 mln manat həcmində qalan bankın cəmi öhdəlikləri 15% azalaraq 779,083 mln manata düşüb.

2022-ci il sentabrın 30-na bankın cəmi kapitalında isə 13,6% artım müşahidə olunub və 113,074 mln manat olub.
Cari ilin üçüncü rübündə şirkətin xalis faiz gəlirləri 35,149 mln manat, xalis qeyri-faiz xərcləri isə 19,641 mln manat olub. Bank mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 2,833 mln manat ayırıb. Mənfəətindən vergi ödəməyən “Rabitəbank” ASC 2022-ci ilin üçüncü rübünü 12,676 mln manat xalis mənfəttələ başa vurub.

Xatırladaq ki, bankın səhmlərinin 40,6%-i Rauf Əliyevə, 20,13%-i Validə Abbasovaya, 14,51%-i Seyran Nuriyevə, 14,45%-i Zakir Nuriyevə, 9,11%-i Dilarə Nuriyevaya, 1,07%-i Aslan Xasiyev və 0,14%-i 12 hüquqi şəxsə məxsusdur.

Bənzər yazılar

Back to top button