İdman

Qurban Qurbanov “Nant”ı təriflədi: Rəqibin heyətində bacarıqlı futbolçular var

“Hər sistemin öz çətinlikləri var. Rəqib keyfiyyətli komandadır. Öz meydanında daha yaxşı oynayır”.

“Report”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Fransada “Nant”a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyunundan öncə mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis bildirib ki, Bakıda bu komandaya 3:0 hesabı ilə qalib gəlmələri yanlış fikirlər gətirə bilər: “Əlimizə düşən hər imkandan maksimum istifadə etməyə çalışacağıq”.

O, sabahkı görüşdə favorit olmadıqlarını söyləyib: “Rəqibə böyük hörmətlə yanaşırıq. Bakıdakı matçda qol epizodları oldu. Hətta hesab 0:0 olarkən üstünlük onların tərəfində idi. Rəqibin heyətində bacarıqlı futbolçular var. Sadəcə, hər komandanın uğursuz seriyası olur. Son vaxtlar “Nant”ın oyununda irəliləyiş var”.

Qeyd edək ki, “Nant” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bənzər yazılar

Back to top button