İdman

Ronaldonun 5,7 milyon avro dəyəri olan sirri

“Mançester Yunayted”in keçmiş futbolçusu Duayt York klubun hücumçusu Kriştiano Ronaldo ilə söhbətindən danışıb.

Qaynarinfo xəbər verir ki, “Sportlens” onun dediklərini belə çatdırıb:

“Altı ay əvvəl Ronaldo ilə danışdım. Yarım saat birlikdə vaxt keçirdik. Ondan düşündüyünüzdən də çox informasiya aldım. Hiss etdim ki, çox istəklidir, komanda üçün çalışmağa hazırdır. Onun dediyi bəzi şeyləri açıqlasam, məncə, “Mançester Yunayted” susmaq üçün mənə 5,7 milyon avro təklif edər”.

Xatırladaq ki, daha əvvəl Ronaldo Premyer Liqanın 12-ci turunda “Tottenhem”lə matçda (2:0) ehtiyat oyunçular skamyasını matç bitməmiş tərk edib. Ardından klub 37 yaşlı 887 min avro məbləğində cərimələyib. Həmçinin Ronaldo İPL-in 13-cü turunun “Çelsi” ilə səfər matçı üçün (1:1) heyətdən kənarlaşdırılıb və sonradan əsas komandaya qaytarılıb.

Bənzər yazılar

Back to top button