Hadisə

Atasının dəfnində iştirak etməsi üçün Tofiq Yaqublunun ölkədən çıxmasına icazə verilmir

Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublunun atasının dəfn mərasimidə iştirak etməsi üçün ölkədən çıxmasına icazə verilmir.

Yeniavaz.com xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkələr vasitəsilə məlumat yayıblar.

Qeyd edək ki, ötən gün Tofiq Yaqublunun atası Rəşid Yaqublu dünyasını dəyişib.

Oktyabrın 26-da Ali Məhkəmə ölkədən çıxışı yasaqlanan siyasətçi Tofiq Yaqublunun şikayətinə baxıb. Novator.az-a danışan siyasətçi şikayətinin təmin olunmadığını, yasağın qüvvədə qaldığını deyib.

Siyasətçinin ata yurdu Gürcüstana səfərinə icazə verilmir. 2021-ci il iyulun 11-də Tofiq Yaqublunun anası vəfat edib. O zaman ev dustağı olan siyasətçi dəfnə, yasa getməyə razılıq ala bilməyib. Suraxanı Rayon Məhkəməsinə üz tutan Tofiq Yaqublunun müraciəti təmin edilməyib, Bakı Apellyasiya Məhkəməsi həmin qərarı qüvvədə saxlayıb, bununla da iş Ali Məhkəməyə çıxıb.

Bənzər yazılar

Back to top button