Dünya

Aİ liderlərinin 1,8 trilyonluq zirvə görüşü

Avropa İttifaqına üzv ölkələrinin liderləri koronavirus pandemiyasından sonra bu gün ilk dəfə Brüsseldə bir araya gələcək.

Qaynarinfo xəbər verir ki, sammitin əsas gündəmi Aİ-nin 7 illik büdcəsi ilə yanaşı 1,8 trilyon avro dəyərində maliyyə paketinin müzakirə edilməsidir. Bu paketin bir hissəsini pandemiya səbəbindən tənəzzül yaşayan iqtisadiyyatın canlandırılması üçün nəzərdə tutulan 750 milyard avro həcmindəki yardım fondunun yaradılması təşkil edir. Digər qismi isə AVropa İttifaqı Şurasının sədri Çarlz Mişelin təqdim edəcəyi ittifaqın 1,74 trilyon dollarlıq 7 illik büdcəsidir.

Lakin yardım fondu ilə bağlı birlik ölkələri arasında fikir ayrılığı var. İttifaq içərisində “qənaətcil dörlük” kimi tanınan Niderland, Avstriya, Danimarka və İsveç koronavirus paketində kəsinti edilməsini və edilən yardımların daha sonra geri ödənilməsini istəyir. Lakin koronadan ən çox təsir görən İspaniya və İtaliya kimi ölkələri isə yardımların sonradan geri qaytarılmasına qarşı çıxır.

Bənzər yazılar

Back to top button