Dünya

Yunanıstanda qaraçı məhəlləsi karantinə alındı, polisə hücum çəkdilər

Yunanıstanın Larisa şəhərində qaraçıların yaşadığı məhəllə karantin altına alınıb.

Qaynarinfo xarici mətbuata istinadəb xəbər verir ki, məhəllədə 3 minə yaxın qaraçının yaşadığı bildirilir. Hökumətin karantin qərarını irqçilik hesab edən qaraçılar təhlükəsizlik əməkdaşlarına hücum ediblər.

Mülki Müdafiə və Böhran İarəetmə naziri Nikos Çardalias vəziyyətlə yaxından tanış olmaq üçün bölgəyə səfər edib. O, burada 200 nəfərin koronavirus müayinəsindən keçirildiyini və 20 nəfərdə virus aşkarlandığından karantin rejimi tətbiq etmək məcburiyyətində qaldıqlarını bildirib.

Bənzər yazılar

Back to top button