Dünya

Ann Buayon Fransanın Azərbaycanda yeni səfiri təyin edilib

Ann Buayon Fransanın Azərbaycanda yeni səfiri təyin edilib.

Müvafiq fərmanı noyabrın 9-da Fransa prezidenti Emmanuel Makron imzalayıb.

51 yaşlı Buayon karyeralı diplomatdır. Diplomatik fəaliyyətində Fransanın Sidneydəki Baş Konsulluğuna rəhbərlik edib.

Buayon 2019-cu ildən Azərbaycanda diplomatik missiyaya rəhbərlik edən səfir Zakari Qrosu əvəz edəcək.

Bənzər yazılar

Back to top button