GündəmHadisə

Şərur sakini intihar edib, yoxsa öldürülüb? – “0 cinayət”li muxtar respublika

Naxçıvan MR dünyanın ən unikal yeridir. Bu məmləkətə nə koronavirus, nə də cinayət girə bilər. Çünki Naxçıvanın “xan” kimi misilsiz izolyatoru var.

Deyə bilərsiniz ki, koronavirusu başa düşdük. Bəs, cinayəti necə izolyasiya etmək olar?

Çox sadə. “Xan”ın bu məmləkət üçün tətbiq etdiyi möhtəşəm bir resepti var: Cinayəti qeydə alma, o da baş verməsin. Necə ki, eyni məntiqlə gözümüzü yumub “Günəş yoxdur” deyə bilərik.

Şərur rayonunun Arpaçay kəndinin sakini mərhum Mirzəyeva Aysunun başına gələn müsibətlər Naxçıvanın necə “0 cinayət” moduyla idarə olunduğunun ən bariz örnəyidir.

Rəsmi məlumata inansaq, 27 yaşlı Aysun bu ilin iyul ayının 31-da özünü hamamda asıb. Aysunun övladları isə başqa şeylər danışır.

11 yaşlı Sabirin iddiasına görə, anasını gecə axtararkən samanlıqda ölü vəziyyətdə tapıblar. Şərur Prokurorluğu isə onu 10 saat göz altına tutaraq, müxtəlif təzyiqlərlə tamamilə fərqli izahat alıb. Guya, o, atası Sabir, babası Hüseyn kişi ilə birlikdə anasını hamamda asılı vəziyyətdə görüb. Atası ondan qaranlığa batareya tutmağı tələb edib və özünü asmış Aysunun ayağından yapışıb, Hüseyn kişi isə gəlininin boğazındakı ipi kəsib.

Qısası, qətl hadisəsinə intihar süsü verilib.

Ardınca da heç bir səbəb olmadan ailənin saxladığı 140 baş qoyun satışa çıxarılıb. İddialara görə, qoyunlar satılıb kimlərəsə rüşvət də verilə bilər.

Digər müəmmalı məqam qətl və ya intihar hadisəsindən 3 gün əvvəl babanın öz gəlinini və nəvələrini evdən qovmasıdır. Bildirilir ki, evdən qovulan gəlin bir qızı, bir kiçik oğluyla hamamda, ata və böyük oğul isə tövlədə gecələyiblər. Qətlin ana ilə bərabər hamamda yatan 10 yaşlı Zərov tərəfindən görüldüyü də iddialar arasındadır.

Bir başqa müəmma mərhum Aysunun telefondan bəzi səslərin silinməsidir. Aysunun atasının dediyinə görə, hadisədən əvvəl onun telefonuna qızından 3 səs mesajı gəlib və dərhal silinib. O, səsin qızı tərəfindən silinməsinə inanmır.

İddiaların nə dərəcədə haqlı olduğuna, təbii ki, hüquq mühafizə orqanları qərar verə bilər. Di gəl ki, Naxçıvan “xanı” “0 cinayət” moduyla işləyir və bu da hadisənin obyektin qiymətləndirilməsinə mane olur.

Bütün bu şübhələri bir kənara ataraq, məhrumənin oğlu 11 yaşlı Sabirin mənə göndərdiyi imdad çağırışını sizinlə bölüşürük.

Bu lində: https://www.facebook.com/heyder.oguz/videos/846312649741420

Ovqat.com

Bənzər yazılar

Back to top button