Dünya

Bayden qaçqınlara səsləndi: “Bura gəlməyin”

ABŞ Prezidenti Co Bayden bu yaxınlarda Meksika sərhədində qanunsuz immiqrasiya böhranı ilə bağlı sualları cavablandırıb.

Bu barədə o, Pensilvaniya ştatına səfəri zamanı “ABC News”a müsahibə verib:

“Mən açıq şəkildə immiqrantlara bu mesajı verə bilərəm: buraya gəlməyin. Şəhərinizi, qəsəbənizi və ya cəmiyyətinizi tərk etməyin”.

Bayden ölkəyə gələn bir çox qeyri-qanuni immiqrantı geri göndərdiklərini bildirib.

ABŞ lideri Meksika sərhədindəki vəziyyətin pisləşmə ehtimalını istisna etməyib.(oxu.az)

Bənzər yazılar

Back to top button