Dünya

Polşadakı partlayış “çox güman ki, Ukrayna raketi ilə baş verib, amma bu Kiyevin günahı deyil” – ABŞ

Çərşənbə günü Bayden administrasiyası Polşanın Pşevodovoda iki nəfərin ölümünə səbəb olan raketin Rusiya raketi olmadığı qənaətini dəstəkləyib, TURAN-ın Vaşinqtondakı müxbiri xəbər verir.

Bu, Polşa prezidenti Andrzej Dudanın çərşənbə axşamı baş verən partlayışın Rusiyanın hücumlarını dəf etmək üçün atılan Ukrayna raketinin nəticəsi olduğunu, lakin təəssüf ki, Polşaya düşdüyünü deməsindən sonra baş verib.

Bu versiyanı ABŞ Dövlət Departamenti də təsdiqləyib. Onun nümayəndəsi Vedant Patel bu versiyanı təsdiqləyib və əlavə edib ki, “Rusiya Ukraynaya raket zərbələri endirdiyi üçün Ukraynanın özünü müdafiə etmək hüququ var”.

Lakin Ukrayna prezidenti Vladimir Zelenski raketin Ukraynaya məxsus olması ilə razılaşmır: “Şübhə etmirəm ki, o, bizim raketimiz deyildi”.

Polşanın insidentlə bağlı qiymətləndirmələri, eskalasiyanın artacağına dair qorxuları azaddı, çünki bu, Alyansın müqaviləsinin 5-ci maddəsinə əsasən NATO bir üzvə hücumu hamıya hücum kimi qiymətləndirilir və NATO-nu münaqişəyə cəlb edə bilər.

Bənzər yazılar

Back to top button