İdman

“Messi və Maradona birlikdə oynaya bilər, Ronaldu isə…”

Görəsən, Lionel Messi, Dieqo Maradona və Kriştianu Ronaldu eyni komandada oynaya bilərlərmi?

Fanat.Az istinadən xəbər verir ki, “Atletiko”nun baş məşqçisi Dieqo Simeone Argentina Futbol Assosiasiyasının saytına müsahibəsində bu suala cavab tapmağa çalışıb:

“Messi və Maradona fərqlidilər. Birincisi “qol maşını”dı. Son illərdə müntəzəm olaraq Messi başımıza oyun açır.

Maradona isə Argentina futbolunun siması idi. Bu gün Messi daha yetkin görünür. Onlar birlikdə oynaya bilərdilər.

Ronalduya gəlincə, həmin komandaya Kriştianunu əlavə etmək çətin olardı. Belə olan halda, mütləq şəkildə meydanda boşluqlar yaranacaq.

Həmişə deyirəm: bir oyunçu qaçmırsa, problem yoxdu, ikisi qaçmırsa, işlər çətinləşir, yox, onların sayı üçə bərabərdirsə, artıq işiniz mümkünsüzdü”.

Bənzər yazılar

Back to top button