İdman

Məhəmməd Salah “Barselona”da? – AÇIQLAMA

“Liverpul”un futbolçusu Məhəmməd Salahın “Barselona”ya keçəcəyi iddia olunur.

Fanat.Az xəbər verir ki, bununla bağlı misirli futbolçunun meneceri Rami Abbas yayılan iddialara münasibət bildirib.

O, şəxsi “Twitter” hesabından verdiyi açıqlamada “AS” nəşrinin 25 yaşlı forvard haqda yaydığı xəbəri təkzib edib:

“Belə bir şey heç vaxt olmayıb. Görünür, “AS” nəşrinə daha etibarlı mənbələr lazımdır”.

Qeyd edək ki, Salah “Liverpul”da qalmaq istəyini söyləsə də, adı hələ də bəzi Avropa nəhəngləri ilə yanaşı hallanır.

Bənzər yazılar

Back to top button