Dünya

Ermənistan Hindistandan düşmənin silahlarını aşkarlayan radarlar alır

Ermənistan Hindistandan 40 milyon dollara elektron kəşfiyyat sistemindən ibarət dörd SWATHI radarını alır. Onlar 50 km. radiusda düşmən silahlarının aşkar olunmasına və növünün müəyyən edilmsinə imkan verir.

Hindistan mətbuatı məlumat yayıb ki, erməni tərəfi Rusiya və Polşanın analoji silahlarından imtina edərək bu sistemlərə üstünlük verib.

“Razılaşmaya əsasən Hindistan 50 km. məsafədə düşmənin minaatan, mərmi və raket kimi silahlarının cevik, avtomatik və dəqiq aşkarlanmasını təmin edən silahların yerinin müəyyən edilməsi üçün dörd SWATHI radiolokatorunu göndərəcək.

SWATHI eyni vaxtda müxtəlif yerlərdə müxtəlif növ silahlardan atılan bir neçə mərmi haqda məlumatları əldə edə bilir. Sistem 81 mm. və daha çox kalibrli minaatanları, 105 mm. və daha çox kalibrli mərmiləri və 120 mm. və daha çox kalibrli uçan raketləri müəyyən etməyə qadirdir”, – “Indian Times” yazır.

Mənbənin məlumatına görə, Hindistan sistemləri Avropa və Rusiya analoji sistemlərindən daha ucuzdur. (Turan)

Bənzər yazılar

Back to top button