GündəmManşetSiyasət

DTX-dan Vasif Talıbova zərbə: “Naxçıvan xanı”nın dövrü sona çatır

Noyabrın 23-də Dövlət Təhlükəsizliyi Xidməti Naxçıvan Muxtar Respublikasının Gömrük Komitəsində əməliyyat keçirib. Qeyri-rəsmi məlumatlara görə, milyonlarla manatlıq dələduzluq və korrupsiya ittihamı ilə saxlanılan məmurlar var.

DTX özü hələlik bu məlumatları şərh etmir, amma onları təkzib də etmir.

Bu halda korrupsionerlərin tutulması faktı qeyri-adi bir hal deyil. Bu əməliyyatın indiyədək toxunulmaz fiqur hesab olunan “Naxçıvan xanı” Vasif Talıbovun malikanəsində həyata keçirilməsi faktı daha çox əhəmiyyətlidir.

Əvvəllər Bakıdan heç bir məmur Naxçıvanın işlərinə müdaxilə edə, hətta xüsusi ehtiyac olmadan oraya gedə bilməzdi. Göründüyü qədər, “Naxçıvan xanı”nın dövrü sona çatır.(Turan)

Bənzər yazılar

Back to top button