Dünya

Bill Geytsin müəmmalı çipləri: Moskva prokurorluğundan tələb (VİDEO)

Moskva Prokurorluğu koronavirusun süni mənşəli olması, xüsusilə də COVID-19-dan istifadə edilərək bəşəriyyətin kütləvi şəkildə çipləşdirilməsiylə bağlı saxta məlumatların yayılmasına görə cinayət işinin açılmasını tələb edib.

Qaynarinfo xəbər verir ki, bu barədə idarənin saytında məlumat verilib.

Hüquq-mühafizə orqanları Covid-19-un süni şəkildə yaradılmış bioloji bir silah olduğunu, onun kütləvi çipləşdirmə və qlobal bir dünya nizamını yaratmaq, peyvənd etmə adı altında insanları öldürmək üçün yaradıldığını, eləcə də koronavirusun yayılacağını rəqəmsal proqnozlaşdırmağın mümkün olması ilə bağlı iddia edən videoları nəzərdən keçirib.

Qeyd olunur ki, rəsmi orqanlar, eləcə də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu məlumatları doğru hesab etmir. Bununla yanaşı, bu məlumatların vətəndaşların həyatı və sağlamlığı üçün də təhlükə yaratdığı da məlum olub. Prokurorluq Rusiya Federasiyası Cinayət Məcəlləsinin 207.1-ci maddəsi (“Vətəndaşların həyatı və təhlükəsizliyi üçün təhlükə yaradan hallar barədə bilərəkdən yalan məlumatların yayılması”) ilə cinayət işinin açılmasını tələb edir. Bundan əlavə, qurum Roskomnadzor-dan bu videolara girişi məhdudlaşdırmağı istəyib.

Mayın 6-da Rusiya Baş Prokurorluğu koronavirusun süni mənşəyi və onun bəşəriyyətin kütləvi çipləşdirilməsi üçün istifadə olunacağını məlumatlarını saxta olaraq qəbul edib. Bu sui-qəsd nəzəriyyəsini ortaya atan videolar Odnoklassniki sosial şəbəkəsində və YouTube-də aşkarlanıb.

Bundan əvvəl Rusiya 24 televiziya kanalı rejissor Nikita Mixalkovun Besogon TV-də Microsoft-un qurucusu Bill Qeytsə həsr olunan “Kimin cibində dövlət var?” proqramının təkrar yayımını dayandırıb. Mixalkov verilişində milyarderin dünya əhalisini sayını azaltmaq istədiyini deyib. Müəllif bildirib ki, bunun üçün də Geytsin şirkəti bəşəriyyətin çipləşdirilməsini həyata keçirəcək. Mixalkovun özü daha sonra senzuradan şikayət edib.

Geytsin planlarının konspiroloji nəzəriyyəsi ilə bağlı mövzunu Aleksey Pimanov da özünün “İnsan və Qanun” proqramında davam etdirib. Aprelin 24-də yayımlanan “Dünya Pandemiyasının Troyan Atı” süjetində Geytsin vaksinlərinin köməyi ilə Ümumdünya Səhiyyə Təşkilatının dünya əhalisini azaltmasına kömək etdiyi iddia edilib. Süjet müəlliflərinin fikrincə, onun son məqsədi insanları “rəqəmsal köləyə” çevirmək və qlobal çipləşməni həyata keçirməkdir ki, bu da istənilən an “arzuolunmaz” insanları sistemdən uzaqlaşdıracaq və ruzisiz qoyacaqdır.

Bənzər yazılar

Back to top button