Gündəm

“Tərtər işi” fiqurantlarına dövlətə xəyanət ittihamı üzrə bəraət verilib

Baş Prokurorluğun təkrar istintaqının yekunlarına əsasən azadlığa buraxılan “Tərtər işi” üzrə 19 fiqurantın hamısına Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) üzrə bəraət verilib. Bu barədə Bakı İnsan Hüquqları Klubunun rəhbəri Rəsul Cəfərov Turan-ın müxbirilə söhbətində bildirib.

Eyni zamanda 10 nəfər bəraətedici əsaslarla azadlığa buraxılıb.

Bununla yanaşı, onlardan 9-nun barəsində hərbi xidmət əleyhinə cinayətlərə dair digər ittihamlar olub.

Hüquq müdafiəçisinin sözlərinə görə, bu ittihamlar da onlardan “zaman aşımı”nın başa çatmasına görə və ya “dəyişmiş hallar” ilə əlaqədar götürülüb.

Bənzər yazılar

Back to top button