İdman

“Messinin oyununu sevirəm, amma dünya çempionu olmayacaq” – Ozobiç

“Qarabağ”ın xorvatiyalı yarımmüdafiəçisi Filip Ozobiç “Match TV”yə müsahibə verib.

Qol.az xəbər verir ki, o, Xorvatiya millisinin DÇ-2022-dəki mübarizəsi haqda sualları cavablandırıb.

– Xorvatiyanın 1/4 finala çıxa biləcəyinə heç kim inanmırdı və indi onlar artıq yarımfinaldadırlar. Nə baş verir?

– Oyundan əvvəl hamı Braziliya yığmasının favorit olduğunu düşünürdü, amma xorvatlar xarakter göstərə bildi və yarımfinala yüksəldi. Mən onlara görə çox xoşbəxtəm.

– Penaltilər seriyası Xorvatiyanın dövlət sirridir?

– Belə bir məqam var. Xorvatiya heç vaxt penaltilər seriyasında məğlub olmayıb. Deməli, penaltilərlə finala da çıxmaq mümkündür.

– Xorvatlar yarımfinalda Argentina millisinin lideri Lionel Messini dayandıra biləcəkmi?

– Messininin oyununu sevirəm, ona uğurlar arzulayıram. Amma düşünürəm ki, o, dünya çempionu olmayacaq.

– Niderland – Argentina matçındakı mübahisələri gördünüz?

– Bəli, çox çətin oyun idi. Argentinalılar temperamentlidirlər. Düşünürəm ki, Xorvatiya onlarla oyunda daha yaxşı olacaq və qalib gələcək.

– Bu, Xorvatiyanın oyununda yenidən baş verə bilər, yoxsa hər şey qaydasında gedəcək?

– Argentinalılarla sakit oynamaq çətin olacaq. Onlarla matçda bir-iki qol vurub irəliləmək lazım gələcək.

– Xorvatiya millisinin ən yaxşı oyunçusu kimdir?

– Mənim üçün Luka Modriç həmişə bir nömrədir. Ona görə də Lukan qeyd edərdim. O, “Qızıl top”u qazanan yeganə xorvatiyalıdır.

– Bəs Livakoviç DÇ-22-nin ən yaxşı oyunçusu adına iddialı ola bilərmi?

– Bəli, o, yaxşı qapıçıdır, penaltilər dəf etdi. Livakoviç komandamızda çox vacib oyunçudur.

– Xorvatiyanın ləng və gözəl futbol nümayiş etdirməyən komanda olması ilə bağlı fikirlərə münasibətiniz necədir?

– İnsanlar belə deyirlər, amma biz millini yarımfinalda görürük. Bunu kim dedisə, artıq evə gedib, biz hələ də mundialdayıq.

Bənzər yazılar

Back to top button