İqtisadiyyat

“Azərbaycan Dəmir Yolları” daha 10 yeni qatar alır

Bakı-Sumqayıt istiqaməti üzrə fəaliyyət göstərən sürət qatarları gündəlik 20-25 min sərnişinin daşınması üçün nəzərdə tutulub.

AzToday.az APA-ya istinadla xəbər verir ki, bunu jurnalistlərə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Rüstəmov bildirib.

Onun sözlərinə görə, 10 sürət qatarının alınması ilə bağlı müqavilə bağlanılıb (“Stadler ” şirkəti ilə – red.) və növbəti ilin sonunda ilk qatarlar ölkəyə gətiriləcək.

“Onların bir hissəsi Bakı-Sumqayıt dairəsində, digər hissəsi isə respublikanın digər şəhər və rayonlarına sərnişin daşınması üçün nəzərdə tutulub”, – Rövşən Rüstəmov bildirib.

Bənzər yazılar

Back to top button