Dünya

Ermənistanda daha bir nazir istefa verdi

Ermənistanın mədəniyyət naziri səlahiyyətlərini icra edən Armen Amiryan istefa verib.

Qaynarinfo xəbər verir ki, bu barədə nazirliyin mətbuat katibi Ruzanna Xaçatryan məlumat verib.

O, istefanın səbəbini açıqlamayıb.

Qeyd edək ki, bu gün səhərdən Ermənistanın mədəniyyət xadimləri, aktyorları nazirdən xalq hərəkatına qoşulmağı tələb edirdilər.

Bənzər yazılar

Back to top button