Cəmiyyət

Azərbaycanda epizootoloji monitorinqlərə başlanıb.

Respublika ərazisini yüksək patogen quş qripi xəstəliyindən qorumaq məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən növbəti epizootoloji monitorinqlərə başlanıb.

Agentliyin məlumatına görə, monitorinqlərin keçirilməsi üçün , Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin əməkdaşlarından ibarət İşçi Qrupu yaradılıb.

Monitorinqlər zamanı Şabran və Xızı rayonlarındakı Ağzıbir və Yaşma ovçuluq təsərrüfatlarını, Abşeron yarımadasında, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı Abşeron, Şirvan, Ağ Göl, Qızılağac milli parklarının su-bataqlıq, dənizsahili zonalarda çöl quşlarına ümumi baxış keçirilib, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə çöl quşları ovlanıb.

Eyni zamanda həmin müddətdə bir sıra rayonlada və paytaxt Bakıda sənaye əsaslı iri və kiçik quşçuluq müəssisələrindəki, təsərrüfatlarındakı ev quşlarından laborator müayinə üçün diaqnostik nümunələr götürülüb,

Monitorinqlərin dekabrən 12-dən 16-slna kimi davam edəcəyi bildirlir.

Bənzər yazılar

Back to top button