İqtisadiyyat

Türkiyədən mənzil alan azərbaycanlıların sayı azaldı, rusların sayı kəskin artdı – Rəqəmlər

Bu ilin 11 ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədən 1 191 mənzil satın alıblar.

Yeniavaz.com Türkiyə Statistika Xidmətindən açıqlanan məlumatlara istinadən bildirir ki, azərbaycanlılar ötən ay – noyabrda Türkiyədən 104 mənzil alıblar.

Ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin noyabr ayında Türkiyədən mənzil alan azərbaycanlıların sayı azalıb. Belə ki, 2021-ci ilin noyabr ayında azərbaycanlılar Türkiyədən 185 mənzil alıblar.

Onu da bildirək ki, son ildə 8 ildə Azərbaycan vətəndaşları Türkiyədn 8 min 795 mənzil alıblar:

İllər Mənzillərin sayı
2015 815
2016 610
2017 942
2018 1 250
2019 1 191
2020 1 279
2021 1 517
2022 Yanvar-Noyabr 1 191
Cəmi 8 795

Onu da bildirək ki, bu ilin ilk 11 ayı ərzində Türkiyədən ən çox Rusiya (13 min 909 mənzil), İran (7 min 548 mənzil), İraq (5 min 896 mənzil), Almaniya (2 min 493 mənzil), Qazaxıstan (2 min 436 mənzil) və Ukrayna (2 min 268 mənzil) vətəndaşları mənzil alıb. Əvvəlki illə müqayisədə Türkiyədən mənzil alan Rusiya vətəndaşlarının sayı 2 dəfədən çox artıb. Belə ki, 2021-ci ildə Rusiya vətəndaşları Türkiyədən 5 min 379 mənzil alıblar.

Bənzər yazılar

Back to top button