İdman

Roberto Karlos niyə Argentinaya azarkeşlik etməyəcək?

Braziliya millisinin sabiq futbolçusu Roberto Karlos DÇ-2022-nin final oyunu haqda danışıb.

Aut.az xəbər verir ki, əfsanəvi müdafiəçi həlledici görüşdə braziliyalıların əzəli rəqiblərini dəstəkləməyəcəyini bildirib:

“Biz əsl futbolun azarkeşiyik. Öz komandamızdan başqasına sevgi göstərə bilmərik. Bu mümkün deyil. Oyuna gəlincə, Argentina və Fransa finala gedən yolda inanılmazı reallaşdırıblar. Hansı komandanın daha güclü olduğu bu oyunda bilinəcək.

Messi nə qədər yaxşı formada olduğunu oyunu ilə göstərir. Leo ətrafında yaxşı komanda qura bilib. Buna görə xoşbəxtdir. Bütün argentinalılar üçün etdiyi işlərdən məmnun olan belə bir insanı görmək çox xoşdur”.

Qeyd edək ki, Argentina – Fransa finalı dekabrın 18-də, saat 19:00-da keçiriləcək.

Bənzər yazılar

Back to top button