Digər

Dövlət Departamenti Azərbaycanın Ukraynaya yardımını alqışlayır

Cümə günü Dövlət Departamenti Azərbaycanın Ukraynanın enerji sistemini möhkəmləndirmək üçün bu ölkəyə generator göndərməsi ilə əlaqədar Moskvanın Bakını tənqid etməsi ilə bağlı şərh verib, xəbəri Turan-ın Vaşinqtondakı müxbiri verib.

Rusiyanın TASS dövlət agentliyi cümə axşamı Rusiya XİN-ə istinadla Azərbaycanın humanitar yardım qismində Ukraynaya transformator və generator göndərməsinin “anlaşılmazlıq doğurduğunu” bildirib.

ABŞ Moskvanın çətin anda başqa ölkələrin ukraynalılara yardım etməsinə imkan verməmək cəhdini necə qiymətləndirir? Turan-ın müxbirinin bu sualına cavabda ABŞ Dövlət Departamentinin mətbuat katibinin müafini Vedant Patel bildirib ki, Vaşinqton bu yardımı ancaq alqışlaya bilər.

“Biz bundan sonra da müttəfiqlərimizin, tərəfdaşlarımızın və bütün dünya ölkələrinin Ukraynanın enerji sistemini möhkəmləndirməsinə, Rusiya tərəfindən daimi hücumlara tab gətirə bilməsi üçün daha onun etibarlı olmasını təmin etməyə kömək məqsədilə göstərdikləri dəstəyi alqışlamağa davam edəcəyik”, deyə o bildirib.

Ötən həftənin şənbə günü Azərbaycan Ukraynanın zərər çəkən bölgələrinin elektrik enerjisi ilə sabit təchizatını bərpa etmək üçün Ukrayna xalqına əsas elektrik avadanlığından ibarət humanitar yardım göndərdiyini açıqlayıb.

Bu, Rusiya SQ-nin “Kiyev rejiminin hərbi ehtiyacları üçün istifadə etdiyi kritik əhəmiyyətə malik infrastrukturu məhv etdiyini” bildirən Moskvanın narazılığına səbəb olub.

Bənzər yazılar

Back to top button