İdman

“Arzum gerçəkləşdi, sözüm yoxdur”

“Bu, əziyyət çəkdiyimiz matç idi. Komandamız vəziyyətə nəzarət etsə də, rəqib oyuna qayıtdı. Çətin matç oldu. 3:2 önə keçdik, lakin onların penalti vurmaq şansı var idi, bunu bacardılar. Sonda rəqibin də qol vurmaq şansı oldu, ancaq ayağımla topa zərbə vurmağı bacardım. Arzum gerçəkləşdi, sözüm yoxdur”.

Qol.az xəbər verir ki, bu sözləri Argentina millisinin qapıçısı Emilino Martines DÇ-2022-nin finalında Fransaya penaltilər seriyasında 4:2 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

“Penaltilər seriyasına qədər sakit idim. Komanda yoldaşlarıma həmişə deyirəm ki, bu məqamlarda sakit olun. Mən bu qələbəni ailəmə həsr edirəm” – deyə o bildirib.

Bənzər yazılar

Back to top button