ManşetSiyasət

Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədində monitorinqi başa çatıb, uzatma imkanları müzakirə edilir

Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədində ikiaylıq monitorinq missiyasının müddəti dekabrın 20-də başa çatıb.

Çərşənbə axşamı Avropa İttifaqının məlumatında deyilir ki, monitorinq üzrə 40 avropalı ekspertin yerləşdirilməsi effektiv olub və qeyri-sabit vəziyyətdə inamın möhkəmləndirilməsinə kömək edib.

“Bu gün biz regionda davamlı sülhü təşviq etmək üçün Ermənistanda Avropa İttifaqının mümkün uzunmüddətli missiyasına zəmin hazırlayacaq keçid komandası ilə Avropa İttifaqının Cənubi Qafqazda iştirakının yeni mərhələsinə başlayırıq”.

“Avropa İttifaqının Gürcüstandakı mövcud Müşahidəçilər Missiyası Avropa İttifaqının təhlükəsizliklə bağlı vəziyyətə dair məlumatlılığını artırmaq və mümkün mülki missiyanın planlaşdırılmasına və hazırlanmasına töhfə vermək üçün Ermənistana müvəqqəti yardım qrupu göndərəcək”, – məlumatda deyilir.

* Ermənistan, Azərbaycan, Avropa Şurası və Fransa liderləri arasında razılaşma əsasında oktyabrın 20-də Azərbaycanla beynəlxalq sərhədin erməni tərəfi boyunca müşahidəçi missiyası yerləşdirilib.(Turan)

Bənzər yazılar

Back to top button