İqtisadiyyat

Bağlanan bankın sahibi olan 3 professor kimdir? – Ata və oğulları…

Xəbər verdiyimiz kimi, Mərkəzi Bankın qərarı ilə “Muğan Bank” ASC-nin lisenziyası ləğv edilib.

Yeniavaz.com xəbər verir ki, ləğv olunan “Muğan Bank” ASC 1992-ci ildən fəaliyyət göstərir.

Nizamnamə kapitalı 137,5 milyon manat olan “Muğanbank” ASC əsas səhmdarları Munir və Samir Vəliyev qardaşlarıdır.
Daha əvvəl “Muğanbank” ASC-nin əsas səhmdarı olan Elmir Mehdiyev bu yaxınlarda bankdakı 74%-lik payından yarısını (37%-ni) Munir Vəliyevə, digər yarısını isə Samir Vəliyevə təhvil verib.

Bundan başqa bankın digər səhmdarı Fəridə Mehdiyeva isə öz səhmlərinin 6%-nin yarısını (3%) Munir Vəliyev, digər yarısını isə Samir Vəliyevə (3%) satıb.

Bankdakı 74%-lik payını satan Mehdiyev Elmir Maqbet oğlu sabiq millət vəkili, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevin kürəkənidir.

Səhmlərin 10,65 %-nə nəzarət edən Vəliyeva Vəfa isə Əhməd Vəliyevin qızıdır. Digər 2 səhmdar isə Əhməd Vəliyevin qudaları olub.

Onu da qeyd edək ki, Əhməd Vəliyevin qudası Tibb Universitetinin dosenti, biologiya elmləri namizədi Maqbet Mehdiyev ötən ilin noyabr ayında vəfat edib.

Bankın yeni səhmdarları Munir və Samir Vəliyevlər isə Əhməd Vəliyevin oğlanlarıdır.

Hazırda Əhməd Vəliyev Odlar Yurdu Universitetinin rektoru, böyük oğlu Samir Vəliyev Odlar Yurdu Universitetinin Müşahidə Şurasının sədri, kiçik oğlu Munir Vəliyev isə Odlar Yurdu Universitetinin 1-ci prorektorudur. Onların hər üçü profesordur.

Qeyd edək ki, bu ilin ilk 3 rübü ərzində “Muğanbank” ASC-nin xalis zərəri 1 milyon 289 min manat olub. Dünən “Muğan Bank” ASC-nin ölkə üzrə bütün bankomatları fəaliyyətini dayandırıb. Lakin, bankdan verilən məlumatda bildirilib ki, bu sistemdə aparılan yenilənmə ilə əlaqədardı.

Bənzər yazılar

Back to top button