İdman

Benzema naziri məhkəməyə verəcək – AÇIQLAMA

Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun hücumçusu Kərim Benzema Fransanın daxili işlər naziri Cerald Darmanini məhkəməyə verəcək.

Fanat.az xəbər verir ki, bu barədə fransalı ulduz forvardın vəkili Hyuq Vijye “Le Parisien”-ə bildirib.

“Darmani Benzemanı terrorçularla əlaqədə ittiham edib. Bu yalandır, Kərimin bununla heç bir əlaqəsi yoxdur. Darmanini böhtana görə məhkəməyə verəcəyik. O, mənim müvəkkilimi açıq şəkildə təhqir edib”.

Benzema “Qızıl top”un son qalibidir. Ulduz bombardir yayda “Real Madrid”dən ayrılaraq “Əl-İttihad”a keçib. O, Səudiyyə Ərəbistanı çempionatının bu mövsümündə 7 oyun keçirib, 3 qol vurub və 2 məhsuldar ötürmə verib.

Bənzər yazılar

Back to top button