GündəmHadisə

Ağdaşda barbarlığın təntənəli rahatçılığı: Ağacları belə məhv etdilər (FOTOFAKT)

Ağdaşda bu ərazi indi ermənilərin Laçından, Kəlbəcərdən çıxanda evlərinin həyətindən kəsdiyi ağacların halına bənzəyir. Bu hadisə Ağdaşda bu günlərdə baş verib.

AzToday.az xəbər verir ki, bu barədə “Ecofront” məlumat yayıb. Məlumatda bildirilir ki, Ağdaşın Bayraq Meydanının yaxınlığındakı böyük ağacları kəsərək məhv ediblər.

“Məsələ tək ağac da deyil, ağaca verilən dəyərdir, barbarlığın təntənəli rahatçılığıdır. Bunu edən adam barbardır, görgüsüzdür, amma həm də heç kəsin qarışmayacağına, problem yaşamayacağına arxayın olacaq qədər rahatdır. Bu rahatçılığın səbəbi nədir?” – deyə, səhifə bildirib.

Bənzər yazılar

Back to top button