Hadisə

İki MTK direktoru barəsində həbs qətimkan tədbiri seçilib

Vətəndaşların çoxsaylı narazılığına səbəb olan “PROGRESS-2016” MTK-nın vəzifəli şəxsləri tərəfindən eyni mənzilin bir neçə şəxsə satılması faktlarına dair Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı davam edir.

Baş Prokurorluq “Hayan E” MTK-nın direktroru Rafiq Nəsirov və “PROGRESS-2016” MTK-nın direktoru Emil Səməndərov barəsində 2022-ci il dekabrın 26-da məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçildiyini bildirir.

Bu şəxslər tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Rəsulzadə küçəsində inşa olunan yaşayış binasındakı mənzillərin müxtəlif şəxslərə satılmasına baxmayaraq, qanunsuz gəlir əldə etmək məqsədilə digər şəxslərə saxta sənədlər əsasında yenidən satılmasına dair əsaslı şübhələr müəyyən edilib.

Rafiq Nəsirov və Emil Səməndərov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü maddəsi (vəzifə saxtakarlığı) üzrə təqsirli bilinirlər.

Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.

Bənzər yazılar

Back to top button