İqtisadiyyat

Yaponiya ilə ikiqat vergitutmanın aradan qaldırılması haqqında Konvensiya imzalanıb

Dekabrın 27-də Bakıda keçirilən görüşdə iqtisadiyyat naziri Mikayıl Cabbarov və Yaponiyanın Azərbaycandakı səfiri Vada Juniçi ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiyanı imzalayıblar.

Yaponiya xarici işlər nazirinin parlamentar müavini Yoşikava Yuumi videomüraciətində ölkələrimiz arasında əlaqələrdən danışıb, imzalanan Azərbaycan Respublikası ilə Yaponiya arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiyanın iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsində əhəmiyyətini vurğulayıb.

“Azərbaycan Yaponiya ilə əlaqələrə böyük əhəmiyyət verir. Ölkələrimiz arasında sənaye, energetika, o cümlədən bərpa olunan enerji, yeni texnologiyalardan istifadə və s. kimi sahələrdə əməkdaşlığın inkişafı üçün imkanlar var”, – deyə nazir Cabbarov bildirib.

Səfir Vada Cüniçi Azərbaycanla iqtisadi əlaqələrin gücləndirilməsi istiqamətlərinə dair fikirlərini bölüşüb.

Tərəflər iqtisadi tərəfdaşlığın genişləndirilməsi yolları, xüsusilə ticarətin və investisiya qoyuluşlarının həcminin artırılması müqavilə-hüquq bazasının möhkəmləndirilməsi, “yaşıl enerji” sahəsində əməkdaşlıq, işğaldan azad olunmuş ərazilərdə icra edilə biləcək potensial layihələri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər, deyə İqtisadiyyat Nazirliyinin görüşün yekunlarına dair məlumatında qeyd olunub.

Bənzər yazılar

Back to top button