Digər

Suraxanı polisinin rəisi Naxçıvan Daxili İşlər Nazirliyinin rəisi olub

Naxçıvan Ali Məclisinin sədri vəzifəsini müvəqqəti icra edən Azər Zeynalovun sərəncamı ilə polkovnik Süleyman Neymətov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin edilib.

Neymətov buna qədər Bakının Suraxanı rayon polis idarəsinə rəhbərlik edib.

Beləliklə, Vasif Talıbovun vəzifədən uzaqlaşdırılması ilə başlayan muxtariyyətin keçmiş rəhbərlərinin sıradan çıxarılması davam edir.

Şayiələrə görə, növbə bölgədəki ordu birləşmənin komandiri Kərəm Mustafayevindir.(Turan)

Bənzər yazılar

Back to top button