Siyasət

Kalın: “Biz və Azərbaycan İranın ermənipərəst əhval-ruhiyyəsindən üzülmüşük”

“İranda baş verənlər üzücü və narahatedicidir”.

Bunu Türkiyənin NTV telekanalına müsahibəsində Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.

“Kalın, İranın əxlaq polisinin “əsas hüquq və azadlıqları qoruyan bir quruluşa çevriləcəyinə ümid etdiyini də dilə gətirib. Mən görürəm ki, İran administrasiyası bu istiqamətə yönəlib”-deyə bildirib.

O, həmçinin İranın ermənipərəstliyi ilə bağlı narahatlıq ifadə edib.

“Zaman-zaman biz də Azərbaycan tərəfi kimi İranın bəzi ermənipərəst fikirlərindən üzülmüşük. Bu barədə İran tərəfi ilə də danışırıq”, – Türkiyə prezidentinin mətbuat katibi bildirib.

Bənzər yazılar

Back to top button