Siyasət

Unun qiyməti ilə bağlı sual deputatı əsəbləşdirdi: “Mən elmlər doktoru, professoram…”

Azərbaycanda unun pərakəndə satış qiyməti ucuzlaşıb.

Qaynarinfo xəbər verir ki, kisəsi 41-42 manata olan 50 kiloluq unun qiyməti 38 manata endirilib. Bəs, bunun çörək və çörək məhsullarının qiymətinə təsiri olacaq?

Bu sualı cavablandırmaq üçün Milli Məclisin deputatı Rüfət Quliyevə müraciət etdik. Deputat Qaynarinfo-ya açıqlamasında ona ünvanladığımız sualın ekspert səviyyəsində olduğunu vurğulayıb:

“Bu, ekspert səviyyəsində bir sualdır. Mən elmlər doktoru, professoram, millət vəkiliyəm, xahiş edirəm mənimlə qlobal sual olanda danışın. Tələb və təklif qanunu, rəqabət var. Təklif tələbi üstələyəndə qiymətlərdə fərq olmayacaq. Təklif çox olacaqsa, məhsulun maya dəyəri aşağı düşəcək. Deməli, bu hal baş verərsə, çörək məlumatlarının qiyməti də aşağı düşməlidir”.

Bənzər yazılar

Back to top button