İdman

Ronaldo “Əl-Nəsr”dən bu futbolçunun transferini istəyib

Kriştiano Ronaldo yeni klubu olan “Əl-Nəsr”in rəhbərliyindən həmyerlisi Pepeni transfer etmələrini istəyib.

Qol.az xəbər verir ki, bu haqda “Marca” məlumat yayıb. Mənbənin sözlərinə görə, Ronaldo dostlarından birinin klubda olmasını istəyir. Portuqaliyalı hücumçu ilk danışıqlarda “Əl-Nəsr”in rəhbərliyi ilə Pepenin namizədliyini müzakirə edib. İndi Səudiyyə klubu gələn ay 40 yaşı tamam olacaq Pepeni transfer hədəflərindən birinə çevirib.

Qeyd edək ki, Ronaldo və Pepe “Real” Madrid və Portuqaliya millisində birgə çıxış ediblər.

Xatırladaq ki, 2022-ci ilin dekabrın sonlarında Ronaldo “Əl-Nəsr”lə 2,5 illik müqavilə imzalayıb. Müqaviləyə əsasən, o, bir mövsüm üçün 200 milyon avro qazanacaq.

Bənzər yazılar

Back to top button