Dünya

ABŞ İranın raket və pilotsuz təyyarə istehsalçılarına qarşı sanksiyalar tətbiq edib

Cümə günü Bayden administrasiyası Ukraynadakı müharibə üçün Moskvaya göndərilən İran pilotsuz təyyarələrinin və raketlərinin istehsalçılarına qarşı yeni sanksiyalar tətbiq edib, Tura-ın Vaşinqton müxbiri bildirib.

Vaşinqton pilotsuz təyyarələrin hazırlanmasına və istehsalına cavabdeh olan İranın “Qods Aviation Industries” müdafiə şirkətində yüksək vəzifə tutan 7 nəfəri “qara siyahı”ya daxil edib. Sanksiyaya məruz qalanların arasında İranın ballistik raket proqramlarına nəzarətə məsul olan əsas təşkilat İran Aerokosmik Sənaye Təşkilatının direktoru da var, – bəyanatda deyilir.

“İran indi Rusiyanın əsas hərbi himayədarına çevrilib”, -dövlət katibi Entoni Blinkenin bəyanatında deyilir.

“İran Rusiyanın Ukraynada əsassız aqressiv müharibəsinə verdiyi dəstəyi dayandırmalıdır və biz bu tədarükləri pozmaq üçün əlimizdə olan hər vasitədən istifadə etməyə davam edəcəyik”, – o deyib.

Öz növbəsində Maliyyə naziri Canet Yellen bildirib ki, Rusiyanın İrandan asılılığı onu göstərir ki, ABŞ başda olmaqla Qərbin sanksiyaları onu döyüş meydanında itirilmiş silahları əvəz etmək imkanlarından məhrum edir.

“Kremlin İran kimi təchizatçılara güvənməsi Moskvanın çarəsizliyinin dərəcəsini göstərir”, – Yellen deyib.

Bənzər yazılar

Back to top button