Siyasət

Üçtərəfli işçi qrupunda Ermənistandan kimlər olacaq? – Paşinyan siyahını təsdiqlədi

Ermənistanın Rusiya və Azərbaycanla birgə işçi qrupunda təmsil olunacaq nümayəndələrinin kimliyi bəlli olub.

Ermənistan KİV xəbər verir ki, Ermənistan baş naziri Nikol Paşinyan bu barədə yekun siyahını təsdiq edib. Belə ki, Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan işçi qrupun Ermənistanı təmsil edən həmsədri olacaq. Ermənistan xarici işlər nazirinin müavini Armen Qevondyan isə onun müavini təyin olunub. Xarici İşlər Nazirliyinin nümayəndəsi Artur Qriqoryan Ermənistan tərəfdən işçi qrupunun katibi olacaq.

Bundan başqa Ermənistanın işçi qrupdakı nümayəndə heyətinə ərazi-idarəetmə və infrastruktur nazirinin müavini Armen Semyonyan, iqtisadiyyat nazirinin müavini Varos Semyonyan, Dövlət Gəlirləri Komitəsi rəhbərinin müavini Şuşanik Nersisyan, baş qərargahın əməliyyat idarəsinin rəisi Edvard Asryan, həmçinin Ermənistan Milli Təhlükəsizlik Xidmətinin nümayəndəsi S. Sarkisyan da daxildir.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan baş nazir müavinərinin 30 yanvar tarixində keçirilmiş görüşündə üçtərəfli işçi qrupunun nəzdində alt qrupların yaradılması ilə bağlı razılıq əldə olunub.

Unikal.org

Bənzər yazılar

Back to top button