İdman

Mudrik “Çelsi”də nə qədər qazanacaq? – Məbləğ

“Çelsi”nin yeni transferi Mixail Mudrikin maaşı bəlli olub.

Fanat.az xəbər verir ki, ukraynalı futbolçu Londonda həftəsinə 100 min funt sterlinq qazanacaq.

Məlumatı “The Independent” yayıb. Bu rəqəm “Arsenal”ın 22 yaşlı yarımmüdafiəçiyə təklif etdiyi məbləğdən 2 dəfə çoxdur.

Qeyd edək ki, Mudrik “Çelsi”yə Donetsk “Şaxtyor”undan keçib. Bu transfer zadəganlara 88 milyon funt sterlinqə başa gəlib. Gənc oyunçu ilə 8,5 illik müqavilə bağlanıb.

Bənzər yazılar

Back to top button